Məzmuna keçin
Əsas səhifə
Əsas səhifəHekayəmizLayihələrKitabı əldə edinKitabxanasıŞəbəkə

Layihələr

EFI, ölkə üzrə tərəfdaşlarımızla sıx əməkdaşlıq edərək və oxucularımızı dinləyərək iqtisadi və maliyyə savadlılığı standartlarına təsirimizi artırmaq üçün fəaliyyətini daim təkmilləşdirir.

"Sağlam İqtisadi Düşüncə"

Çünki hər kəs iqtisadiyyatı dərk etməlidir

"Sağlam iqtisadi düşüncə" kitabı ilk dəfə 2005-ci ildə nəşr olunmuşdur və hazırda üçüncü buraxılışı dərc edilir. İqtisadçı-nəzəriyyəçilər Ceyms Qvartni, Riçard Strup, Duayt Li, Tauni Ferrarini və Jozef Kalhun tərəfindən yazılmış "Sağlam İqtisadi Düşüncə" kitabı bazar iqtisadiyyatının əsaslarına klassik girişdir. Məqsəd oxuculara iqtisadi prinsiplərin dərindən başa düşülməsinə əsaslanaraq məntiqli fərdi və iqtisadi seçimlər etməkdə dəstək olmaqdır.

Bölgəmizdəki oxuculara uyğunlaşdırılmış kitab alban, azərbaycan, erməni, gürcü, ingilis, qazax, qırğız, özbək, rus ukrayna dillərində mövcuddur. Onlayn formada oxumaq və ya pulsuz endirmək mümkündür.

Oxumağa başlayın

İqtisadiyyat üzrə Olimpiada

Gələcək nəsli iqtisadi və maliyyə savadlılığına həvəsləndirir

İqtisadiyyat üzrə Olimpiada Çexiya İqtisadi Təhsil İnstitutu (INEV) tərəfindən hazırlanmış hər il orta məktəb şagirdləri üçün təşkil olunan müsabiqədir. Çoxsaylı ölkədaxili turlar iştirakçı ölkələrdən birində keçirilən beynəlxalq finalla yekunlaşır. EFI-nin ölkə üzrə tərəfdaşları öz ölkələrindəki şagirdlər üçün müsabiqəni təşkil edir və həyata keçirir.

DAHA ƏTRAFLI BAXIN

Multimedia kitabxanası

Çünki hər kəs gündəlik qərarların iqtisadiyyatını anlamalıdır

EFI-nin multimedia kitabxanası iqtisadiyyatın əsaslarını araşdıran qısa videolar və məqalələrdən ibarət qiymətli xəzinədir. Kataloqlar müəyyən təşkilatlar tərəfindən pulsuz olaraq təqdim edilir. Bu da bizə altyazı və tərcüməyə investisiya yatırmağa, eləcə də tərəfdarlarımızın məzmununu yeni oxucu kütləsinə çatdırmağa imkan verir.

KİTABXANANI ARAŞDIRIN

Müəllim Tədris Ləvazimatları

Sağlam iqtisadi düşüncəni sinfə təqdim etmək üçün müəllimlərə lazım olan hər şey!

Müəllimlər üçün alət orta məktəbin sonuncu siniflərində və bakalavrın ilk ilində təhsil alan tələbələrə iqtisadiyyata girişin tədrisində pedaqoqları lazım olan hər şeylə təmin etmək məqsədi daşıyır. EFI-nin “Sağlam İqtisadi Düşüncə” kitabının regional nəşrinə əsaslanan alətə təqdimatlar toplusu, istinad üçün təlimatlar və təcrübə ilə bağlı məsələlər daxildir və bu artıq Gürcüstanın aparıcı dövlət liseylərindən birində 500-dən çox tələbəni İqtisadiyyatla tanış etmək üçün uğurla istifadə olunmuşdur. Təlimat nümunəsinə nəzər salmaq, habelə ölkənizdəki tərcümə və yayım planları haqqında öyrənmək üçün ölkə üzrə tərəfdaşınızla əlaqə saxlayın.

DAHA ƏTRAFLI BAXIN

İqtisadi təhlil üzrə təlimlər

Jurnalistlərin səriştələrinin artırılması

EFI həm təcrübəçi, həm də tanınmış jurnalistlər üçün peşəkar inkişaf imkanları təmin etməklə ölkə üzrə tərəfdaşlarını dəstəkləyir. Yerli və beynəlxalq ekspertlərin iştirakı ilə iqtisadi təhlil üzrə təlimlərimizin təşkil olunmasında məqsəd iqtisadi təhlilləri geniş kütlə üçün daha əlçatan və başa düşülən etmək üçün praktiki metodları bölüşməkdir. Hədəfimiz bu kimi tədbirlərin həmkarlar arasında əlaqələrin yaradılmasına və ictimai rəyə belə təsir göstərən peşə üçün mentorluq imkanlarının yaradılmasına töhfə verməkdir.

DAHA ƏTRAFLI BAXIN

Yenilikləri izləyin

Biz həmişə yeni təsirli layihələr üzərində işləyirik