Şəbəkə
EFI-nin ölkə tərəfdaşları öz ölkələrində iqtisadi savadlılığı təşviq edərək, iqtisadiyyata həvəs və maraq yaratmaq üçün nəzərdə tutulmuş geniş fəaliyyət proqramı təqdim edirlər.

EFI Albaniyada
Tirana Avropa Universitetinin bir hissəsi hesab olunan UET mərkəzi siyasət yönümlü tədqiqatlar, institusional inkişaf və birgə icra proqramları vasitəsilə Alban cəmiyyətinin tərəqqisinə və demokratikləşməsinə töhfə vermək üçün fəaliyyət göstərir.
Əlaqə:Kebjana Haka

EFI Azərbaycanda
İqtisadi və Sosial İnkişaf Mərkəzi dövlət siyasəti prosesinə müsbət təsir göstərmək üçün sosial-iqtisadi problemlərin tədqiqi və təhlilini təşviq edir. Əlaqə şəxsi: Nigar İslamlı
Əlaqə:Nigar İslamlı

EFI Ermənistanda
Davranış Qərarları üzrə Mərkəz, davranış ilə əlaqəli iqtisadi metodologiyadan istifadə edərək ən çətin qərarları icra etməkdə müştərilərə kömək edir.
Əlaqə:Aram Ğazaryan

EFI Gürcüstanda
Gürcüstan İqtisadi Savadlılıq Təşəbbüsü cəmiyyətin bütün qruplarında iqtisadi savadlılığı artırmaq üçün yaradılmışdır.
Əlaqə:Levan Pavlenişvili

EFI Kosovanda
Riinvest İnstitutu Kosovonun sosial-iqtisadi inkişaf sahəsində heç bir partiyaya mənsub olmayan aparıcı elmi-araşdırma mərkəzidir.
Əlaqə:Vizar Vokrri

EFI Qazaxıstanda
"Bilim Barine" İctimai Fondu bərabər və inklüziv təhsil vasitəsilə Qazaxıstan xalqını gücləndirmək və fəallaşdırmaq üçün fəaliyyət göstərir.
Əlaqə:Mədinə Karabayeva

EFI Qırğızıstanda
IPPA missiyası sosial və iqtisadi inkişafı təşviq etmək olan Mərkəzi Asiya Universitetinin regional elmi-araşdırma mərkəzidir.
Əlaqə:Kemel Toktomushev

EFI Ukraynada
Bendukidze Azad Bazar Mərkəzi azad bazar ideyalarını təlqin etmək və Ukraynanın iqtisadi potensialını üzə çıxarmaq üçün çalışır.
Əlaqə:Nataliya Melnik

EFI Şimali Makedoniyada
Liberal Alternativ İnstitutu Şimali Makedoniyada yerli və regional icmalarda liberal düşüncəni təşviq edən layihə və proqramların önündə gəlir.
Əlaqə:Orhan Ceka

EFI Özbəkistanda
Daşkənddə Vestminster Beynəlxalq Universiteti Mərkəzi Asiya cəmiyyətinin inkişafına imkan yaradan təhsilin beynəlxalq standartlarını və araşdırma imkanlarını təmin edir.
Əlaqə:Nargiza Əlimuxamedova