Məzmuna keçin
Əsas səhifə
Əsas səhifəBloqŞəbəkəEFI haqqında
Oxumağa başlayın
yaxud pulsuz endirin

Komanda

Əməkdaşlarımız bu unikal layihəyə uzun illərin iqtisadi və təhsil təcrübəsini gətirirlər. İqtisadiyyat anlayışını hər kəsə çatdırmaqda hər birimizin peşəkar təlim və yaradıcılığını birləşdirməyi səbirsizliklə gözləyirik.

İxtisas üzrə ekspertlər

Zohid Askarov

Zohid Askarov İqtisadiyyat üzrə fəlsəfə doktoru dərəcəsini Avstraliyanın Melburn şəhərindəki Deakin Universitetində müdafiə edib və Daşkənddəki Beynəlxalq Vestminster Universitetində müəllimdir. O, World Development, European Journal of Political Economy, Public Choice və Journal of Housing Economics kimi elmi jurnallarda məqalələr çap etmişdir.

Qurqen Aslanyan

Qurqen Aslanyan İqtisadiyyat üzrə fəlsəfə doktorluğu dərəcəsini Çex Respublikasında CERGE-EI-də müdafiə edib. Ermənistan Amerikan Universitetində assistent professor, CERGE-EI Fondu müəllim üzvü və Ural Federal Universitetinin İqtisadiyyat Laboratoriyasında baş tədqiqatçıdır. Ermənistan Mərkəzi Bankı da daxil olmaqla həm özəl, həm də dövlət sektoru təşkilatlarına konsultasiya verib. Pensilvaniya Universiteti və Çexiya Elmlər Akademiyası ilə tədqiqatçı kimi əməkdaşlıq edib. O, tədqiqatlarını beynəlxalq səviyyədə təqdim və çap edib, müxtəlif mükafatlara layiq görülüb. Hazırda Ermənistan İqtisadi Assosiasiyasının prezidentidir.

Olqa Flüs

Olqa Flis İqtisadiyyat üzrə magistr təhsilini Çexiya Respublikasında CERGE-EI-də və Nəzəri və Tətbiqi Statistika üzrə magistr təhsilini isə Lvovda İvan Franko Milli Universitetində almışdır. Hazırda Çexiyada KPMG Management Consulting-də işləyir və tətbiqi hesablama tədrisi üçün onlayn təhsil platformasının yaradılmasına həsr olunmuş bir startapda iştirak edir.

Aram Qazaryan

Aram Qazaryan İqtisadiyyat üzrə fəlsəfə doktoru dərəcəsini Turin Universitetində müdafiə edib. O, İrəvan Dövlət Universitetində və Ermənistan Amerikan Universitetində İqtisadiyyat müəllimidir. Tədqiqat və konsultasiya qurumu olan Davranış Qərarları Mərkəzinin qurucusudur.

Aida Qjika

Aida Qjika İqtisadiyyat üzrə fəlsəfə doktoru dərəcəsini İngiltərədəki Staffordşir Universitetində müdafiə edib və Tirana Universitetinin İqtisadiyyat Fakültəsində müəllimdir.Bakalavr və magistratura pillələrində dərs demək (Mikroiqtisadiyyat və Akademik Yazı) və müxtəlif beynəlxalq layihələrdə layihə işləri və konsultasiya üzrə 10 ildən çox təcrübəsi var. Əsasən tətbiqi iqtisadçı kimi verilənlərin təhlili sahəsində çalışır. Onun tədqiqatı fiskal mərkəzsizləşdirmə və iqtisadi artım məsələlərinə həsr olunub, lakin eyni zamanda o, fiskal siyasət, tütün vergilərini və regional artımı araşdırır. Aida CERGE-EI Fondu Müəllim Üzvüdür.

Maya Qriqolia

Maya Qriqolia magistr təhsilini Gürcüstanda Tbilisi Dövlət Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbində alıb. O, Tbilisi Dövlət Universitetində fəlsəfə doktorluğuna namizəddir. Maya Qriqolia magistr təhsilini Gürcüstanda Tbilisi Dövlət Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbində alıb. O, Tbilisi Dövlət Universitetində fəlsəfə doktorluğuna namizəddir. Hazırda Küveytdəki Yaxın Şərq Amerika Universitetində müəllimdir. O, tədris, tədqiqat, layihə yazılması və konsultasiya sahəsində 10 ildən çox təcrübəyə malikdir.Onun tədqiqat maraqları Maliyyə Siyasəti, Maliyyə Təhsili və Özəl Sektorun İnkişafıdır. Onun tədris etdiyi dərslərə Makroiqtisadiyyat, İqtisadi Siyasət, İqtisadiyyatın Prinsipləri, Statistika və Verilənlərin Təhlili daxildir.Keçmiş təcrübəsinə Dünya Bankı (DB), Asiya İnkişaf Bankı (AİB), Avropa Komissiyası və ABŞ Beynəlxalq İnkişaf Agentliyi kimi müxtəlif beynəlxalq təşkilatlar üçün layihə yazmaq və konsultasiya vermək daxildir.

Anahit Hovhannisyan

Anahit Hovhannisyan İqtisadiyyat üzrə magistr təhsilini Tbilisi Dövlət Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbində almışdır. Erməni Mərkəzi Bankının Pul Siyasəti Departamentində iqtisadçıdır.

Drini İmami

Drini İmami Kənd təsərrüfatı İqtisadiyyatı və Siyasəti üzrə fəlsəfə doktoru dərəcəsini Bolonya Universitetində alıb. Avropanın bir sıra qabaqcıl tədqiqat institutları üçün tədqiqatlar aparmış və 50-dən çox elmi jurnal məqalələrinə töhfə vermişdir.Drini İmami Kənd təsərrüfatı İqtisadiyyatı və Siyasəti üzrə fəlsəfə doktoru dərəcəsini Bolonya Universitetində alıb. Avropanın bir sıra qabaqcıl tədqiqat institutları üçün tədqiqatlar aparmış və 50-dən çox elmi jurnal məqalələrinə töhfə vermişdir. Onun tədqiqat maraqlarına davranış, siyasi və institusional iqtisadiyyat daxildir. Drini BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi daxil olmaqla bir çox təşkilatda məsləhətçi olaraq çalışıb. Tirana Kənd Təsərrüfatı Universitetinin İqtisadiyyat və Aqrobiznes Fakültəsində dosentdir.

Lesli Makkol

Lesli Makkol CFA, MBA təhsilini Virginia Universitetinin Colgate Darden Biznes İdarəetməsi Məktəbində və bakalavr təhsilini isə Vellesley Kollecində alıb. Onun 25 ildən artıq Wall Street təcrübəsinə şirkətlərdə pay tədqiqatı, investisiya portfelinin idarəedilməsi və investisiya bankçılığı sahəsində tutduğu yüksək vəzifələrdə fəaliyyəti daxildir. İstehlakçı gəlir və davranışları ilə əlaqədar iqtisadi tədqiqatı, habelə onların pay ticarətinə təsirlərinin proqnozlaşdırılması onun istehlak malları səhmləri üzrə mütəxəssis kimi formalaşmasına kömək edib. Hazırda pay tədqiqatı üzrə məsləhətçidir.

Arben Mustafa

Arben Mustafa İqtisadiyyat üzrə fəlsəfə doktoru dərəcəsini İngiltərənin Staffordşir Universitetində alıb. Dissertasiyasının mövzusu Mərkəzi və Şərqi Avropa ölkələrində Bank Sektorunda Rəqabət və Bunun Bankların Risk Alma və Faiz Marjalarına Təsirləri olub. Arben Mustafa İqtisadiyyat üzrə fəlsəfə doktoru dərəcəsini İngiltərənin Staffordşir Universitetində alıb. Dissertasiyasının mövzusu Mərkəzi və Şərqi Avropa ölkələrində Bank Sektorunda Rəqabət və Bunun Bankların Risk Alma və Faiz Marjalarına Təsirləri olub. Bu sahədə bir neçə məqaləsi var. Arben Kosovo Respublikası Mərkəzi Bankında əsasən tədqiqat və iqtisadi təhlil ilə əlaqədar müxtəlif vəzifələrdə çalışıb. Kosovonun Gjilan şəhərindəki “Kadri Zeka” Universitetində bir sıra iqtisadiyyat və bank işi fənlərini tədris edir. O, CERGE-EI Fondu Müəllim Üzvüdür.

Iryna Sabat

İrina Sabat hazırda Portuqaliyanın Lissabon şəhərindəki Nova Biznes və İqtisadiyyat Məktəbində Mariya Sklodovska Küri adına Tədqiqatçı olaraq İqtisadiyyat üzrə fəlsəfə doktoru dissertasiyası üzərində işləyir. O, İqtisadiyyat üzrə magistr təhsilini Çexiyada CERGE-EI-də və Beynəlxalq İqtisadi Əlaqələr və Maliyyə üzrə magistr dərəcəsini Ukraynanın Lvov İvan Franko Milli Universitetində alıb. İrina CERGE-EI Fondu Müəllim Üzvü olaraq bakalavr və magistr tələbələrinə iqtisadiyyat fənlərinin tədrisi sahəsində beş ildən artıq təcrübəyə malikdir. Universitetlərdə çalışan iqtisadiyyat fənni müəllimlərinə pedaqoji təlim vermək üçün yaradılan və CERGE-EI Fondu tərəfindən maliyyələşdirilən iqtisadçı müəllimlər komandasının üzvüdür.

Edvin Jllima

Edvin Jllima Agri-Qida İqtisadiyyatı və Siyasəti üzrə fəlsəfə doktoru dərəcəsini Bolonya Universitetində müdafiə edib və Tirana Kənd Təsərrüfatı Universitetində dosentdir. Edvin Jllima Agri-Qida İqtisadiyyatı və Siyasəti üzrə fəlsəfə doktoru dərəcəsini Bolonya Universitetində müdafiə edib və Tirana Kənd Təsərrüfatı Universitetində dosentdir. Resurs iqtisadiyyatı, davranış iqtisadiyyatı və gender iqtisadiyyatı da daxil olmaqla bir çox sahələrdə tədqiqatlar aparmış və 40-dan çox elmi nəşrə töhfə vermişdir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı , BMT-nin İnkişaf proqramı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, ABŞ Beynəlxalq İnkişaf Agentliyi və İsveçrə Əməkdaşlığı kimi beynəlxalq təşkilatlar üçün məsləhətçi olaraq çalışıb və müxtəlif texniki hesabatlara töhfə verib.

Alban Zoqay

Alban Zoqay İtaliyada Marke Politexnik Universitetində İqtisad üzrə fəlsəfə doktoru dərəcəsini müdafiə edib. 2005-ci ildən Riinvest İnstitutunda işləyir, habelə bir çox tədqiqat işlərində təhlillərə rəhbərlik edir və ya kömək edir. Alban Zoqay İtaliyada Marke Politexnik Universitetində İqtisad üzrə fəlsəfə doktoru dərəcəsini müdafiə edib. 2005-ci ildən Riinvest İnstitutunda işləyir, habelə bir çox tədqiqat işlərində təhlillərə rəhbərlik edir və ya kömək edir. Alban 2016-cı ildən 2019-cu ilədək Kosovo Hökuməti ilə inkişaf diaqnostikası və iqtisadi mürəkkəblik araşdırmaları üzərində çalışıb. İqtisadiyyat fənnini tədris etdiyi Riinvest Kollecində işləyir.

Zurab Abramişvili

Zurab fəlsəfə doktoru dərəcəsini Çexiyada CERGE-EI-də alıb. İqtisadiyyat üzrə magistr təhsilini Tbilisi Dövlət Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbində (BİM) və Riyaziyyat üzrə bakalavr və magistr təhsilini Tbilisi Dövlət Universitetində alıb. BİM-də dosent, bakalavr proqramının ortaq proqram direktoru və CERGE-EI Fondu Müəllim Üzvləri Proqramının regional koordinatordur.Zurab fəlsəfə doktoru dərəcəsini Çexiyada CERGE-EI-də alıb. İqtisadiyyat üzrə magistr təhsilini Tbilisi Dövlət Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbində (BİM) və Riyaziyyat üzrə bakalavr və magistr təhsilini Tbilisi Dövlət Universitetində alıb. BİM-də dosent, bakalavr proqramının ortaq proqram direktoru və CERGE-EI Fondu Müəllim Üzvləri Proqramının regional koordinatordur.

Bakari Barataşvili

Bakari Barataşvili İqtisadiyyat üzrə magistr təhsilini Tbilisi Dövlət Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbində (BİM) alıb və Biznes İdarəçiliyi üzrə fəlsəfə doktoru dərəcəsini Gürcüstan Texniki Universitetində müdafiə edib. O, BİM-in direktor müavini olub və daha əvvəl Küveytdəki Yaxın Şərq Amerika Universitetində dosent işləyib. Bakari universitet səviyyəsində iqtisadiyyat, statistika və maliyyə kurslarının tədrisi sahəsində 15 illik təcrübəyə malikdir və eyni zamanda Beynəlxalq Valyuta Fondu, habelə Dünya Bankı da daxil olmaqla beynəlxalq maliyyə təşkilatları ilə birlikdə Gürcüstanın dövlət maliyyə sektorunda çalışıb.

Levan Pavlenişvili

Levan Pavlenişvili İqtisadiyyat üzrə magistr təhsilini Tbilisi Dövlət Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbində (BİM) və İqtisadiyyat üzrə bakalavr təhsilini Tbilisi Dövlət Universitetində alıb. BİM-in İqtisadi Siyasət İnstitutunun direktor müavini olub və Beynəlxalq Ticarət və Maliyyə, Ekonometriya və Təbii Sərvətlər İqtisadiyyatı da daxil olmaqla, iqtisadiyyat fənləri üzrə 5 ildən artıq müəllimlik təcrübəsinə malikdir. Levan Edinburq Universitetində Əməliyyat Araşdırmaları üzrə magistr təhsili alıb.

Barçinay Kimsanova

Barçinay Kimsanova 2019-cu ildən “Volkswagen” Fondu tərəfindən maliyyələşdirilən SUSADICA layihəsi çərçivəsində Leybnits Keçid xarakterli İqtisadiyyatlarında Kənd Təsərrüfatı İnkişafları İnstitutunun (IAMO) tədqiqatçı, dokotrantdır. O, 2016-cı ildə Ankara Universitetinin Siyasi Elmlər Fakültəsində “Likvidlik üzrı Məhdudiyyəti olan İqtisadiyyatlara Dövlət Siyasətinin Təsirləri” adlı işini müdafiə edərək İqtisadiyyat nəzəriyyəsi üzrə fəlsəfə doktoru dərəcəsini almışdır. IAMO-ya qoşulmazdan əvvəl o, Qırğızıstanın Bişkek şəhərindəki ATƏT Akademiyası və “Manas” Qırğızıstan-Türkiyə Universitetinə müəllim kimi dəvət olunub. Dr. Barçinay Kimsanovanın tədqiqat maraqlarına iqtisadi nəzəriyyə, tətbiqi və inkişaf iqtisadiyyatı, habelə artım nəzəriyyələri daxildir.

Kadyrbek Sultakeev

Kadyrbek Sultakeev uzun illər tətbiqi tədqiqat və tədris sahəsində tərcürbəyə malik olan aparıcı iqtisadçıdır. O, iqtisadiyyat üzrə ilk dəfə fəlsəfə doktoru dərəcəsini "Manas" Qırğızıstan-Türkiyə Universitetində almış və hazırda Gissendəki Yustus-Libix Universitetində Kənd Təsərrüfatı Siyasəti və Bazar Tədqiqatları İnstitutundan "Volkswagen" Fondu tərəfindən maliyyələşdirilən kənd təsərrüfatı iqtisadiyyatı üzrə ikinci fəlsəfə doktoru dərəcəsi alır. O, Hannoverdəki Leibniz Universitetində DAAD tədqiqat qrantı üzrə bir il qonaq tədqiqatçı kimi fəaliyyət göstərmişdir. Kadyrbek IFPRI-nin (Beynəlxalq Ərzaq Siyasəti Tədqiqat İnstitutu) Vaşinqtondakı baş qərargahında alimlərlə qısamüddətli tədqiqat aparılması üçün təşkil olunmuş müsabiqə əsasında seçilib. O, "Manas" Qırğızıstan-Türkiyə Universitetində fəlsəfə doktoru və baş müəllim kimi maliyyə siyasəti, kəmiyyət metodları, verilənlərin təhlili, kredit təhlili və maliyyə təhlili üzrə müxtəlif dərslər tədris etmişdir.

Damir Esenaliev

Damir Esenaliev akademik tədqiqat, beynəlxalq inkişaf və ictimai xidmət sahələrində peşəkar təcrübəyə malik inkişaf üzrə iqtisadçıdır. O həmçinin kəmiyyət mikroiqtisadi tədqiqatlar, təsirlərin qiymətləndirilməsi və qrup sorğularını metodologiyası sahəsində də təcrübəlidir. O, 2013-cü ildən etibarən, "Qırğızıstanda həyat" tədqiqatının akademik koordinatorudur. O, Leybnits Tərəvəzçilik və Dekorativ Bitkilər İnstitutunda və Berlindəki Beynəlxalq Təhlükəsizlik və İnkişaf Mərkəzində baş elmi işçi vəzifəsində çalışır. Əvvəllər isə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunda (SIPRI), Almaniya İqtisadi Tədqiqatlar İnstitutunda (DIW Berlin), Dünya Bankının Qırğızıstan Respublikasında yerləşən ofisində və Qırğızıstan Respublikasının Milli (Mərkəzi) Bankında fəaliyyət göstərmişdir. Damir Esenaliev Humboldt adına Berlin Universitetində (Almaniya) İqtisadiyyat üzrə fəlsəfə doktoru, Uilyam kollecində (ABŞ) İnkişaf İqtisadiyyatı üzrə magistr dərəcəsi almışdır.

Akademik Məşvərət Komitəsinin

Boris Kota

Boris Kota Zaqreb Universitetinin İqtisadiyyat Fakültəsinin professoru və Beynəlxalq İqtisadiyyat və Maliyyə proqramının rəhbəridir. O, Zaqrebdəki İqtisadiyyat İnstitutunun Direktorlar Şurasının üzvü (1997–2000), Xorvatiya Respublikası Elm və Ali Təhsil Birliyinin Müşahidə Şurasının sədri (2003–2006) vəzifələrində çalışıb. Xorvatiya Milli Bankının Şurasının üzvü (2006–2013), Xorvatiya Respublikası Prezidentinin İqtisadiyyat üzrə Xüsusi Müşaviri (2010–2012), Xorvatiya Respublikası Prezidentinin İqtisadiyyat Şurasının prezidenti (2010-2015) olub.

Oleh Havrilişin (xatirəsinə)

Oleq Massaçusets Texnologiya İnstitutunda İqtisadiyyat üzrə fəlsəfə doktoru diplomu almış, Varşavadakı CASE Araşdırma İnstitutunun qeyri-rezident baş elmi işçisi və Karlton Universitetinin Avropa, Rus və Avrasiya Araşdırmaları İnstitutunda Köməkçi Tədqiqat Professoru kimi işləyib. O, "Müstəqillikdən sonrakı islahatların arxa plan icmalını" hazırlayaraq Ukrayna Hökümətinin Müşaviri vəzifəsində çalışıb (2014-cü ildən 2016-cı ilin oktyabr ayınadək).Onun sonuncu kitabı - "Keçid Dövründə Cari Vəziyyət: Post-Kommunist Ölkələrində Tarixə, Siyasətə və Şəxsiyyətlərə Daxili Baxış" 2020-ci ildə Cambridge University Press tərəfindən nəşr edilmişdir. Oleq 1991-2007-ci illərdə Beynəlxalq Valyuta Fondunda (BVF) Avropa Departamentinin Post-Sovet ölkələri üzrə məsul şəxs olaraq Direktor Müavini vəzifəsində çalışıb. BVF Direktorlar Şurasının İcraçı Direktoru vəzifəsini icra edib, eyni zamanda bir müddət Ukrayna Maliyyə Nazirinin Müavini vəzifəsində çalışıb.

Cosef Peltsman

Cosef Peltsman Boston Kollecindən Ph.D. dərəcəsi alıb, Corc Vaşinqton Universitetində İqtisadiyyat və Beynəlxalq Əlaqələr üzrə professor, Hüquq üzrə Peşəkar Müəllim və İqtisadiyyat üzrə Ph.D proqramının direktorudur. 1980-ci ildə fakültəyə qatılmamışdan əvvəl Brukinqs İnstitutunun İqtisadi Siyasət Üzvü və Cənubi Karolina Universitetinin müəllimi idi. Gürcüstanda Tbilisi Dövlət Universitetində Beynəlxalq İqtisadiyyat Məktəbinin Beynəlxalq Akademik Şurasının qurucu Sədri (2006–2008) və Ukraynanın Kiyev İqtisadiyyat Məktəbinin Beynəlxalq Məşvərət Şurasının üzvü (2002-2017) kimi fəaliyyət göstərib. O, həmçinin Ticarət, Yardım və Təhlükəsizlik Koalisiyasının və Vaşinqtonda Global Works Fondunun Direktorlar Şurasının üzvü olaraq çalışır, hazırda Qlobal İqtisadiyyat Jurnalının İdarəedici Redaktoru, Beynəlxalq Ticarət və Maliyyə Birliyinin keçmiş prezidentidir.

Direktorlar Şurası

Rəndal K. Fayler
Prezident

Prinstonun fəlsəfə elmləri doktoru Rendal Hanter Kollecində və Nyu-York Siti Universitetinin Aspirantura Mərkəzində professor, Praqada CERGE-EI araşdırma institutunda ştatdankənar professor və CERGE-EI Fondunda Şura Direktorudur. O, Gürcüstanda yerləşən Tiflis Beynəlxalq İqtisadiyyat Məktəbinin İcraçı və Akademik şuralarının üzvüdür. O, Zaqrebdə İqtisadiyyat İnstitutunda dəvət edilmiş elmi işçi və IZA (Bonn) və CESifo (Münhen) mərkəzlərində elmi işçi olub. Rendal "Sağlam iqtisadi düşüncə" kitabının regiona uyğunlaşdırılmış buraxılışının həmmüəllifidir.

Maykl Markovitz
Sədr

Çikaqo Universitetinin psixologiya üzrə fəlsəfə doktoru dərəcəsinə sahib olan Maykl Amerika Birləşmiş Ştatlarında peşəkar psixologiya (Psy.D) üzrə ilk sərbəst doktorantura proqramının təsisatçısıdır. O, Norsvestern Universitetində (Çikaqo) Menecment üzrə mühazirəçi olub və İnsan Resurslarının İdarə Edilməsi üzrə BBP (Biznes Təcrübəsi Bürosu) Bələdçisi daxil olmaqla, müxtəlif peşəkar məqalələrin müəllifidir. O, ABŞ-da Arqosi Universiteti və Yorkvil Universtitetində, həmçinin Kanadada Toronto Film Məktəbində tərtibatçı idi. Son zamanlarda o, Amerika Vəkillər Assosiasiyası tərəfindən akkreditasiya edilmiş qurum olan Atlanta Con Marşal Hüquq Məktəbinin sədri, eyni zamanda, kouçinq və testə hazırlaşma şirkəti olan Akademik Lisenziya Hazırlığı və Tədris Xidmətinin (ALPESE/PrepJet) təsisçisi və sədri olub. O, həmçinin Çikaqo Universitetində Sosial Elmlər şöbəsinin Yoxlama Komitəsinin üzvü və keçmiş sədri və Floridada Ekerd Kollecinin Qəyyumlar Şurasının təqaüdə çıxmış üzvüdür.

Renita Esayan
Xəzinədar

Stanforddan MBA (biznes idarəetməsi üzrə magistr) dərəcəsinə yiyələnmiş Renita təqaüdə çıxmış maliyyə mütəxəssisidir. ABŞ və Londonda bir neçə korporativ xəzinədarlıq və sərmayəçi əlaqələri vəzifələrində işlədikdən sonra, Hasbro şirkətində İnvestisiya Əlaqələri üzrə Vitse-prezident olub. Təqaüdə çıxmazdan əvvəl o, "The Vanguard Group" üçün maliyyə məqalələri üzrə baş yazıçı olub.

Ketlin Mon

Kolumbiyada İctimai Əlaqələr üzrə magistr dərəcəsinə yiyələnmiş Katlin ictimai təhsil sektorunda 40 ildən çox maliyyə mütəxəssisi təcrübəsinə malikdir. O, Manhetten və Nyu-York Şəhər Təhsil Şöbəsində Bronks üçün Vahid Büdcə Direktoru, çoxlu sayda çarter məktəblərində Biznes Administratoru və Nyu-York Siti Universitetində Akademik İşlər üzrə Maliyyə Meneceri kimi işləyib.

Eleanor Hammond
Şura Müşaviri və Proqram Direktoru

Eleanor Oksfordda San-Hyu Kollecindən magistr dərəcəsinə yiyələnib. O, "Sağlam iqtisadi düşüncə" proqramını gündəlik müşahidə edir. EFI ilə əməkdaşlığından əlavə, o, Şərqi Avropa və MDB ölkələrində iqtisadiyyat təhsilinin ən böyük dəstəkçilərindən olan CERGE-EI Fondunun qrant və ianələr üzrə mütəxəssisidir. O, əvvəllər Birləşmiş Krallıqda dövlət sektoru təşkilatları üçün strateji kommunikasiyalar üzrə məsləhətçi işləyib.