Skip to content
Home
Home
Who we are
What we do
Get the book

Riçard Strupun xatirəsinə

Eleanor Hammond

Ötən ilin sonlarında azad bazar iqtisadiyyatı dünyası “Sağlam iqtisadi düşüncə: Sərvət və Rifah haqqında hər kəs nəyi bilməlidir?” kitabının həmmüəllifi Riçard Stroupun ölümü ilə tərəfdarlarından birini itirdi. Ətraf mühitə azad bazar yanaşmasının ilk tərəfdarlarından olan Riçard Əmlak və Ətraf Mühit Araşdırma Mərkəzinin (PERC) həmtəsisçisi idi. O, həmçinin Şimali Karolina Dövlət Universitetində və Montana Dövlət Universitetində İqtisadiyyat üzrə fəxri professor, "Independent" İnstitutunda araşdırmaçı, Kato İnstitutunun adyunkt professoru və Mont Pelerin Cəmiyyətinin üzvü idi.

Kitabı Şərqi Avropada və keçmiş Sovet İttifaqı ölkələrində yeni auditoriyaya çatdırmağa imkan yaradan fədakarlıqlarına görə Riçarda və bütün “Sağlam iqtisadi düşüncə” müəllif komandasına dərin minnətdarlığımızı bildiririk. Komandanın davamlı dəstəyi hər birimiz üçün ilham mənbəyidir.

Məqaləni paylaş