Məzmuna keçin
Əsas səhifə
Əsas səhifəHekayəmizLayihələrKitabı əldə edinKitabxanasıŞəbəkə

Obi-Van Kenobi, İctimai qərarvermə iqtisadçısı

Bayron B. Karson, III
1 yanvar 1970

"Ulduz müharibələri" ictimai qərarvermə[1] nəzəriyyəsinin daha yaxşı anlaşılması baxımından qalaktikalararası keçid hesab oluna bilərmi? Tezliklə öz seriyasının[2] əsas qəhrəmanı olması planlaşdırılan Obi-Van Kenobi yalnız kainatın ən güclü ceday ustalarından biri və yaxşı natiq[3] deyil, həmçinin siyasi iqtisadiyyatın mühüm əhəmiyyət kəsb edən müəllimidir.

Obi-Vanın xəbərdarlığı

"Klonların hücümu"nda[4] senator Padme Amidalanı sui-qəsd təhlükəsindən qorumaq üçün Anakin Skayvolker və Obi-Van təhlükəsizlik planlarını, Anakinin anası ilə bağlı kədərini və Anakinin Amidalaya qarşı artan məhəbbətini müzakirə edirlər. Obi-Van Anakinə Amidala haqqında məsləhət verərkən Anakinə Amidalanın siyasətçi olduğunu xatırladır. Obi-Van deyir: "... unutma ki, o, siyasətçidir və siyasətçilərə etibar etmək olmaz."

"Klonların hücumu" (2002) Ann Lankaşirin[5] və Kass Sunsteynin[6] bütün əfsanə haqqında vurğuladığı kimi, açıq şəkildə siyasi xarkter daşıyır, lakin Obi-Vanın şərhi ictimai qərarvermə iqtisadiyyatına keçir. Obi-Vanın şərhləri nihilist deyil və "siyasətçilərimiz olmamalıdır" fikrinə işarə etmir. O, siyasətçilərin "Ulduz müharibələri"nin müvafiq idarəetmə sistemində, yəni Qalaktika Senatında[7] tutduğu mövqeyə istinad edir.

Anakinin təkəbbürü

Obi-Vanın xəbərdarlığına cavab olaraq, Anakin siyasətçilər üçün romantizmi, eləcə də Amidalaya olan hisslərini təsvir edir. Anakin deyir: "O, Senatdakı digər adamlar kimi deyil..." Bu cavab ona tanış gəlir. Bu, siyasətçilərin, seçilmiş vəzifəli şəxslərin və dövlətlərin heç vaxt səhv etmədiyinə inanan və ya ən azından həmin aktyorların haqlı olduğunu qəbul edən çoxluğun düşündüyü fikir - xəyali bir anlayışdır.

Obi-Van Anakinin cavabını məharətlə rədd edir və yenidən xəbərdarlıq edir: "Təcrübələrimə görə, sentatorlar diqqətlərini yalnız onların kampaniyalarını maliyyələşdirənləri razı salmağa yönəldir". Obi-Van Anakin'i xüsusi şəxslərə və ya onların maraqlarına deyil, təşviqlərə diqqət yetirməyə səsləyir. Bu, Anakinin səhvidir. Obi-Van siyasi aktyorların zərərli və təhlükəli maraqlara sahib olmalarını nəzərdə tutmur, belə etmək ictimai qərarvermənin əsas məntiqini qarışdırardı. İnsanların maraqlarından — mələk və ya iblis, ceday və ya sith olmalarından — asılı olmayaraq, onların davranışlarını izah etmək üçün təşviqlər əhəmiyyət kəsb edir. Amidala, Usta Yoda, Şmi Skayvolker, Jar Jar Binks, Dart Vayder və ya İmperator Palpatin haqqında danışmağımızın heç bir fərqi yoxdur, təşviqlər aktyorların bazarda və ya siyasi şəraitdə olmasından asılı olmadan davranışa təsir göstərir. Bu, ictimai qərarvermə iqtisadiyyatının və ya romantizmdən ibarət olmayan siyasətin mahiyyətidir.

Obi-Van sözünə davam edir: "Və onlar bu vəsaiti əldə etmək üçün demokratiyanın incəliklərinə laqeyd yanaşmaqdan çəkinmirlər." Senatorlar demokratiyanı çox yüksək qiymətləndirə bilərlər, lakin onlar bu dəyərlərə məhəl qoymamaq və hətta bəlkə də onları təhrif etmək üçün təşviqlərlə qarşılaşırlar. Gənclik dövrünə məxsus məyusluq ilə Anakin Obi-Vanın arqumentini tamamilə rədd edir və deyir: "Artıq daha bir mühazirə dinləmək istəmirəm, ən azından siyasətin iqtisadiyyatı haqqında".

Bu səhnədə daha sonra Anakin deyir: "...və sizin ümumiləşdirmənizlə yanaşı, kansler korrupsioner biri kimi görünmür". Obi-Van ictimai qərarvermə məntiqini müdafiə edir və cavab verir: "Palpatin siyasətçidir və onun senatorların böyük maraqları və qərəzli fikirlərini müşahidə etməkdə bacarıqlı olduğunu görmüşəm". Yəni Palpatin başqalarından respublikanın xeyrinə deyil, öz məqsədləri üçün istifadə edir. Amidalanı zəhərli qırxayaqlardan xilas etməzdən bir neçə dəqiqə əvvəl Anakin, "Mən düşünürəm ki, [Palpatin] yaxşı adamdır" deyərək romantizmini tam şəkildə nümayiş etdirir.

.- Siyasətçilər ictimai maraqlara xidmət edirlər. 
- Amma onlar həm də mənfəətpərəstdilər, düzdür?
- … 
- Onlar həm də mənfəətpərəstdirlər, düzdür?

Bu cür stimullar Obi-Vanın fikrinə və ictimai qərarvermə məntiqinə uyğun gəlmir. İnsanlar təşviqlərə, hətta Qalatika Senatındakı senatorlar və kanslerlərə belə qarşılıq verirlər. Bəlkə də, Anakin qulaq assa idi, Palpatinin irəliləyişlərini rədd edə və onun qaranlıq tərəflə əlaqəsini başa düşə bilərdi.

Bütün Qalaktikalar üçün İctimai Qərarvermə

İctimai qərarvermə[8] məntiqi real dünyada, hətta daha aktual siyasi mübahisələrimiz üçün də uyğunluğunu qoruyub saxlayır.

Siyasətçilər nə edirlərsə, etsinlər —istər Ukraynadakı infrastruktura[9] və yaxud münaqişəyə[10] az miqdarda vergi dolları sərf etmək, istər valyutaların şişirdilməsi, istər uşaq qidaları[11] və ya Covid-19 testləri üçün qaydalar və tariflər tətbiq etmək, məktəbin bağlanma[12] müddətini uzatmaq—onlar qarşılaşdıqları təşviqlərə cavab verirlər. Bu cür davranışlar mütləq şəkildə nə respublikaçı və ya demokratik olmaqla - real dünyada işıqlı və qaranlıq tərəf mövcud deyil—nə də vəzifədə olan konkret insanlarla əlaqədar deyil. Bununla belə, bunlar insanların qarşılaşdıqları səs toplamaq, kampaniyanın maliyyələşdirilməsi, nüfuz, daha böyük heyət və s. kimi təşviqlərə, qarşılıq olaraq qərar vermələri ilə əlaqədardır.

Ola bilsin ki, diqqətimizi Obi-Vana, onun ictimai qərarvermə məntiqinə və "Ulduz müharibələri" franşizasının dahiyanə şəkildə təsvir etdiyi daha böyük siyasi iqtisadiyyat məsələlərinə daha çox yönəltməliyik. Biz siyasətçilərə, kanslerlərə və seçdiyimiz “yaxşı” kişilərə və qadınlara qarşı "məntiqli şübhə hissini" inkişaf etdirə və edilən sui-istifadə hallarının qarşısını almaq üçün siyasətçilərin qarşılaşdıqları qaydaları—yaxud da qaydaların çatışmazlığını—nəzərdən keçirə bilərik.

Bu məqalə Bayron B. Karson, IIIAmerika İqtisadi Tədqiqatlar İnstitutunun icazəsi ilə istifadə edilib və "Creative Commons Attribution 4.0 International License" ilə lisenziyalaşdırılıb

[1] https://www.econlib.org/library/Enc/PublicChoice.html
[2] https://disneyplusoriginals.disney.com/show/obi-wan-kenobi
[3] https://starwars.fandom.com/f/p/3343172654596358748
[4]https://www.bloomberg.com/opinion/articles/2022-05-16/u-s-baby-formula-shortage-worsened-by-tariffs-red-tape
[5] https://dalspace.library.dal.ca/handle/10222/63479
[6]https://www.amazon.com/World-According-Star-Wars/dp/0062484222/ref=tmm_hrd_swatch_0?_encoding=UTF8&qid=&sr=
[7]https://www.starwars.com/databank
[8] https://www.amazon.com/Public-Choice-Introduction-Political-Economy/dp/1559340223
[9] https://www.cbo.gov/topics/infrastructure-and-transportation
[10] https://www.washingtonpost.com/world/interactive/2022/biden-ukraine-military-aid-us/
[11]https://www.bloomberg.com/opinion/articles/2022-05-16/u-s-baby-formula-shortage-worsened-by-tariffs-red-tape
[12] https://www.nytimes.com/2022/01/08/us/teachers-unions-covid-schools.html