Məzmuna keçin
Əsas səhifə
Əsas səhifəHekayəmizLayihələrKitabı əldə edinKitabxanasıŞəbəkə

Ermənistanın Sağlam Düşüncəli İqtisadçılarının gələcək nəsli ilə tanış olun!

Eleanor Hammond
1 yanvar 1970

"Qonşuluğumda Görünməz əl", "Mənim regionumda, yaxud ölkəmdə düzgün olmayan subsidiyalar", "Maliyyəmi necə idarə edirəm", "Ödəniş edəcəyim sığortalar" - bu sadalananlar Ermənistandan olan tələbələrin EFI 2022 İnşa müsabiqəsində haqqında düşünməyə təşviq edildiyi mövzulardan yalnız bir neçəsinin adıdır.

Davranış Qərarları Mərkəzi artıq ikinci ildir ki, həm bakalavr, həm də orta məktəb şagirdlərini iqtisadiyyat haqqında geniş şəkildə düşünməyə və "Sağlam İqtisadi Düşüncə: Hər kəs şəxsi və milli tərəqqi haqqında nələri bilməlidir" mövzusunda ən yaxşı yazılmış inşa müsabiqəsində iştirak etməyə ruhlandıraraq onlar arasında müsabiqə təşkil edir.

Ölkə üzrə 30-dan çox məktəb və universitetdən 100-dən çox tələbə bu müsabiqəyədə iştirak etmişdir. Münsiflər 3-ü universitetlərdən, 7-si isə orta məktəblərdən olmaqla, ən yaxşı 10 inşanı seçiblər. Mükafatlandırma mərasimi 25 iyunda İrəvanda keçirilib. Bu mərasimdə İrəvan, Ararat, Armavir, Tavuş, Lori və Syunikdən olan bütün qaliblər və onların müəllimləri, habelə xüsusi qonaqlar, həmmüəllif prof. Rəndal K. Fayler və EFI idarə heyətinin üzvü Renita Esayan bir araya gəlmişdir.

Qaliblərin hər biri müsabiqədə iştirak etmək imkanına sahib olduqları üçün həyəcanlı olsalar da, onların əksəriyyətini sevindirən məqam iqtisadiyyat üzrə biliklərini yoxlamaq şanslarının olması idi. Təəccüblü hal deyil ki, keçən il şagirdləri müsabiqədə qalib gələn iki məktəb - İrəvanda yerləşən Anania Şirakatsı adına lisey və Vanaşen, Araratda yerləşən Vanaşen orta məktəbi həmçinin bu il keçirilən müsabiqənin də qalibləri olmuşdur.

Şagirdləri ardıcıl olaraq iki il müsabiqədə qalib gələn Vanaşenli müəllim Suzanna Manukyan dərs zamanı çox istifadə etdiyi kitaba görə dərin minnətdarlığını bildirdi – onun tələbələri bu kitabı sevirlər! O həmçinin şagirdlərinin yenidən müsabiqədə iştirak etməyi səbirsizliklə gözlədiklərini də söyləmişdir.

Müsabiqədə qalib gələn yazı tezliklə econfun.org saytında erməni və ingilis dillərində dərc olunacaq.