Məzmuna keçin
Əsas səhifə
Əsas səhifəHekayəmizLayihələrKitabı əldə edinKitabxanasıŞəbəkə

İqtisadiyyatın Əsasları haqqında dərs: Tom Harridən avtomobil satın alır

T. Norman Van Cott
1 yanvar 1970

Tom ikinci əl avtomobil almaq üçün bazara gəlib. Harri isə avtomobilini satmaqda maraqlıdır. Tom və Harri görüşür və onlar 7500 dollar qiymətinə razılaşırlar. Tom Harrinin avtomobilini, Harri isə Tomun 7500 dollarını alır. Böyük ehtimalla, Tom avtomobilə sahib olmağı 7500 dollarla edə biləcəyi hər şeydən daha çox qiymətləndirir. Eyni şəkildə, Harri 7500 dollarla edəcəklərini avtomobilindən daha üstün qiymətləndirir. Burada Tom yaxşı vəziyyətdədir. Eləcə də Harri.

Onlar nə qədər qazandı? Toma görə bu, Tomun avtomobilə verdiyi istifadə dəyərləri ilə 7500 dollar arasındakı fərqdən ibarətdir. Harriyə görə isə bu, Harrinin avtomobillə müqayisədə 7500 dollara verdiyi istifadə dəyərləri arasındakı fərqdir. Tom və Harrinin qazanclarının bərabər olması üçün heç bir səbəb yoxdur.

“Qeyd etmək lazımdır ki, həm Tom, həm də Harri üçün məqsəd idxal əldə etmək üçün istifadə etdikləri ixrac deyil, əldə etdikləri idxaldır”

Tom 7500 dolları “ixrac edir” və avtomobili “idxal edir”, Harri isə avtomobili “ixrac edir” və 7500 dolları “idxal edir”. Bununla belə, Tomun avtomobildən əldə etdiyi istifadə dəyəri 7500 dolları keçdiyinə görə onun həqiqi idxalı 7500 dollardan artıqdır. Eyni şəkildə, Harri üçün onun nağd idxalına verdiyi istifadə dəyəri 7500 dolları keçir, yəni o, həqiqətən, 7500 dollardan çox idxal edir.

Əslində, Tom və Harrinin hər ikisində mühasibatlıq baxımından deyil, iqtisadi baxımdan ticarət defisiti var. Əgər onlar olmasaydı, onda ticarət baş tutmazdı! Tomun "defisiti" idxal etdiyi avtomobilin istifadə dəyəri və avtomobilin ödənişi üçün ixrac etdiyi 7500 dollar arasındakı fərqdən ibarətdir. Harrinin “defisiti” idxal etdiyi 7500 dollarla 7500 dollara satdığı avtomobilin istifadə dəyəri arasındakı fərqdir.

“...biznes və iqtisadi mədəniyyətimizin qaydalarına görə, ixrac mahiyyətcə faydalı hesab olunur...”

Qeyd etmək lazımdır ki, həm Tom, həm də Harri üçün məqsəd idxal əldə etmək üçün istifadə etdikləri ixrac deyil deyil, əldə etdikləri idxaldır. İdxal yoxdursa, onların ixracında mahiyyət etibarilə faydalı heç nə yoxdur. Həqiqətən də, Tom avtomobili əldə etmədən yalnız 7500 dolları ixrac etsəydi, o, ziyana düşə bilərdi. Eyni şəkildə, Harri 7500 dolları idxal etmədən yalnız avtomobili ixrac etsəydi, ziyana düşərdi.

Sonuncu müşahidə mühüm əhəmiyyət kəsb edir, çünki biznes və iqtisadi mədəniyyətimizin qaydalarına görə, ixrac mahiyyətcə faydalı hesab olunur, idxal isə ən yaxşı halda həvəssiz şəkildə qəbul edilir. Bunun yaxşı nümunəsi bu mədəniyyətin beynəlxalq ticarəti artırmaq məqsədi daşıyan beynəlxalq danışıqları necə təsvir etməsidir. İdxallara çıxışı artıran fəaliyyətlər “güzəştlər” haqqında danışıqlar adlandırılır. Başqa sözlə, insanların daha çox idxal etməsinə şərait yaratmaq, ABŞ ixracatı üçün müqayisə edilə bilən xarici “güzəştlər”in təmin olunması üçün sövdələşmə vasitəsidir.

Bu, Tomun daha çox ixrac edə bilməsi üçün razılaşdıqları 7500 dollardan yuxarı qiymət təklif edərək Harrinin avtomibilini həvəssiz olaraq almasına bənzəyir. Bu, Harri üçün də belədir. O, daha az idxal edə bilmək üçün diqqətini daha aşağı qiyməti qəbul etməyə yönəldərdi. Bu, məntiqli səslənirmi? Xeyr. Həqiqətən də, belə bir davranış maliyyə fəlakətinə doğru bir yoldur. Hər ikisi öz şəxsi işlərini bu işgüzar və iqtisadi mədəniyyətə uyğun təşkil etsələr, ölməsələr belə, evsiz qolacaq, pis vəziyyətdə geyinəcək və az qidalanacaqlar.

Tom və Harri kimi, bu biznesin və iqtisadi mədəniyyətin tədarükçüləri şəxsi işlərini ölkə üçün tövsiyə etdiklərinə uyğun şəkildə təşkil etmirlər. Saxta təhlillərini eşitməyək deyə onların fəaliyyətləri çox səs-küylü olur.

Bu məqalə "Creative Commons Attribution 4.0" beynəlxalq lisenziyasının şərtləri əsasında T. Norman Van Cottİqtisadi Təhsil Fondunun icazəsi ilə istifadə edilib. Məqalənin orijinalını burada tapmaq mümkündür.