Məzmuna keçin
Əsas səhifə
Əsas səhifəHekayəmizLayihələrKitabı əldə edinKitabxanasıŞəbəkə

Maliyyə sabitliyini təmin etmək üçün 4 tövsiyə — Noah Websterin icazəsi ilə

Annie Holmquist
21 iyun 2023

Uğur üçün yüzdə yüz etibarlı bir yol yoxdur. Amma sağlam həyat seçimləri, şübhəsiz ki, buna kömək edə bilər.

İnflyasiya, qiymətlər və bank iflaslarının artdığı bu günlərdə əksəriyyətimiz narahatlıq içində pul kisələrimizə nəzər salır və maliyyə böhranı qaçınılmaz olduqda, nə edəcəyimiz barəsində düşünürük. Pensiya pulumuzla yenidən başlamaq məcburiyyətində qalacağıq, yoxsa bir neçə ay içində müflisləşəcəyik?

Özümüzü potensial zərərdən tamamilə qorumaq üçün tam etibarlı yol tapmaq mümkün olmasa da, ondan qorunmağın müxtəlif yolları var. Bu yollardan biri Amerikalı qurucu Noah Webster-in “Amerika orfoqrafiya kitabı”nın görünməz bir guşəsində gizlidir. Webster (1758-1843), “Daxili İqtisadiyyat və ya Uğurlu və Uğursuz olmağın tarixi” adlı başlıq altında biri maliyyə eksperti, digəri isə maliyyə böhranı yaşayan şəxs olmaqla, iki nəfərin hekayəsini qələmə alır.

Bununla belə, onların maliyyə qazancı və ya itkiləri birjadakı şansın və ya hər hansı xüsusi dahiliyin nəticəsi deyil. Xeyr, onların maliyyə qabiliyyəti daha çox həyatda etdikləri seçimlərin nəticəsidir və Webster maddi rifahın xarakterə bağlı olduğu qənaətinə gəlir.

1. Ertəykən əkən, erkən də biçər

Webster zənginliyə doğru ilk addımlardan birinin zəngli saatla münasibətdən asılı olduğunu vurğulayır. Uğurlu adam səhər dan yeri ağarmamış yuxudan oyanır, qalxır və gününə başlayır. Belə bir hal yalnız o, çox çalışmağı rədd edib məqbul bir vaxtda yatmağa getdiyi üçün mümkün olur.

Bununla belə, uğursuz adam isə səhər insanı deyil, o, hər gün yavaş-yavaş işə başlayır, nəticədə böyük çaşqınlıq və sıxıntılar yaranır. Webster bundan bəhs etməsə də, Cənab Uğursuzun təlaşlı, hər zaman geridə qalan təbiəti göstərir ki, saatın əqrəbləri 10-u vursa da, onun üçün yatmaq vaxtına hələ çox var.

2. Axmaq ilə pul uzun zaman bir yerdə dayana bilməz

Cənab Uğursuz səhər nəhayət ki, yataqdan qalxanda dərhal işinə başlamaq onun ilk məqsədi olmur. Bunun əvəzinə, o, bara keçir və yaxud da içki şkafına yaxınlaşır. Webster izah edir ki, içki ümid etdiyi kimi onu gündəlik görüləcək işlərə hazırlamaq yerinə, zehni düşüncəsini zəiflədir və pulunu boş yerə xərcləməsinə səbəb olur.

Bunun əksinə, Webster Cənab Uğurlunu “tez-tez pivəxana baş çəkməyən” və “bütün qazancını ona heç bir fayda verməyən içkiyə xərcləməyən” biri kimi təsvir edir.

Nəzərə almaq lazımdır ki, Websterin etdiyi bu xəbərdarlıq yalnız spirtli içkilərə şamil olunmur. Buradakı əsas prinsip ondan ibarətdir ki, uğurlu adam zəhmətlə qazandığı dollarları nəyə xərclədiyi barədə düşünür və maaşını davamlı olaraq az dəyərə malik, yaxud da iş dünyasında onun rəqabət qabiliyyətini aşağı salan əşyalara sərf etmədiyinə əmin olur.

3. Saxla samanı, gələr zamanı

İsraf etmək dedikdə, ağlımıza çox vaxt yeməklərin köhnəldiyi üçün zibil qutusuna atılması gəlir. Ancaq Websterin fikrincə, Uğurlu fərd özünün ən vacib əmtəəsini - vaxtını israf etməmək üçün ehtiyatla hərəkət edir.

Bu, xüsusilə Cənab Uğurlunun gündəlik işləri ilə məşğul olduğu zamana aiddir. Webster yazır: “Tarlada olarkən belə, o, vücudunu yoracaq və tükəndirəcək qədər şiddətli olmasa da, davamlı şəkildə işini görür”. Bundan başqa, o, daim iş yerində söhbət edərək, hekayələr danışaraq və başqalarının su soyuducusu haqqındakı mənasız söhbətlərini dinləyərək vaxt itirmir.

Buna baxmayaraq, Cənab Uğursuzun vaxtı daim sürətlə axıb gedir. Əslində, Uğursuz adam hər gün iş qrafikindən geri qalır, lakin qrafikə çatmağa çalışarkən yaxşı məşğulluq nümayiş etdirir. “İndi isə o, çox tələsir,”Webster yazır, “o, işə hazırlıq görmək üçün əl-ayağa düşür - və tələsik şəkildə görülən iş keyfiyyətsiz olur: hazırlıqla gününün bir hissəsini itirir”.

Təəssüflər olsun ki, bu cür səylər zamanı boşa keçən təkcə onun vaxtı deyil. Webster itirdiyi vaxtın digər bir mənfi nəticəsinin isə onun idarəsi altında çalışan insanların vaxtının boşa getməsi və çox güman ki, onun biznesində daha çox qazanc itkisinə yol açmaq olduğunu qeyd edir.

4. Cəfa çəkməsən, səfa sürməzsən

Uğurlu adama görə, operativ uzaqgörənlik və yaxşı idarəetmə onun pul qazancının əsasını təşkil edir. O, labüdən gələn fakturaları qəbul edir, daha sonra geri dönüb dərhal onları ödəyir. Bunu edərək o, gecikmə üçün ödəniş və pul cərimələrindən qaçınır və maliyyə ehtiyatını genişləndirir.

Bundan başqa, uğurlu adam “evinin, anbarının, həyətyanı sahələrinin və inventarlarının keyfiyyətinə” nəzarət edərək, “işçilər üçün yararlı halda olmasından əmin olmaq üçün yoxlayaraq” əmlakını yaxşı vəziyyətdə saxlayır. Bunu etməklə, o, Cənab Uğursuzun düşdüyü çaxnaşmadan və vaxt itkisindən qaçınır, çünki o, insanın heç nəyə nail ola bilməyəcəyi vahiməli vəziyyətlərdən birinə daxil olur:

“O, gün ərzində görüləcək işlərə başlamaq üçün hazır olduğunu düşündükdə, lazımi alətlərə sahib olmadığını və ya bəzilərinin sıradan çıxdığını müşahidə edir — şumlama üçün alət yarım mil məsafədə yerləşən dəmirçiyə göndərilməlidir; dırmığın bir-iki dişi dişi sınıb və ya çapanın sapı qırılıb; dərzan yaxud da balta itilənməlidir”.

Yekun nəticə

Zaman keçdikcə bu kiçik səylərin hər biri öz bəhrəsini verir və Cənab Uğurlu “bir neçə yüz hektar ərazi və yüz baş mal-qara” ilə gəlirli mülk sahibi olan zəngin bir adama çevrilir. Bununla belə, Cənab Uğursuz yanlış seçimləri səbəbindən “bir neçə il məyusluq, səfalət və yoxsulluq” içində yaşayaraq davamlı itkilərlə üzləşir.

Websterə görə, bu ikisi arasındakı fərq ondan ibarətdir ki, “onlardan biri yalnız pulunun faizini, digəri isə əsas məbləği xərcləyir”.

Sual budur ki, bəs siz bu adamlardan hansısınız?

Etiraf etməliyəm ki, əksəriyyət məni yaxşı pul idarəçisi adlandırsa da, Uğurlu və Uğursuz adam portretlərində mən ikincidə daha çox öz əksimi gördüm. Bu da məni iqtisadi geriləmə dövründə maliyyə cəhətdən özümüzü inandırdığımızdan daha yaxşı vəziyyətdə olub-olmayacağımızı sorğulamağa vadar edir.

Hər şey həyata Cənab Uğurlunun yanaşma tərzi ilə baxacaq xarakterə, daha dəqiq desək, çalışqanlıq xüsusiyyətinə sahib olub-olmamağlmızla bağlıdır.

Bu məqalə "Creative Commons Attribution 4.0" beynəlxalq lisenziyasının şərtləri əsasında Annie Holmquist və İqtisadi Təhsil Fondunun icazəsi ilə istifadə edilib. Məqalənin orijinalını burada tapmaq mümkündür.