Məzmuna keçin
Əsas səhifə
Əsas səhifəBloqŞəbəkəEFI haqqında
Oxumağa başlayın
yaxud pulsuz endirin

Şəbəkəmiz

Yerli tərəfdaşlarımız oxucuları kitabdakıları öyrənməyə və sağlam düşüncəli iqtisadçılar kimi fikirləşməyə həvəsləndirmək üçün fəaliyyət proqramını icra edirlər.

Albaniya Müəssisələr Qurumu

Albania
Albaniya Müəssisələr Qurumunun məqsədi elmi-tədqiqat sübutları vasitəsilə dövlət siyasətinə təsir etmək və ədalətli, rəqabətcil və çiçəklənən iqtisadiyyatı təşviq edən siyasi islahatlar ətrafında razılığa gəlməkdir.
Əlaqə: Besart Kadia

Mizes Elmi Araşdırma Mərkəzi

Belarusiya
Mizes Elmi Araşdırma Mərkəzinin məqsədi azad bazara malik demokratik cəmiyyətin ideya və məqsədlərini individual seçim və şəxsi məsuliyyət əsasında təkmilləşdirmək; bu məqsədləri paylaşan insanların açıq cəmiyyətini yaratmaq; məhdud hökümət, individual azadlıq və özəl mülkiyyətin orijinal ideyalarını təşviq etmək üçün ictimai-siyasi diskusiyaların dairəsini genişləndirmək; Belarusiya cəmiyyətinin oxşar ölkələr arasında azadlıq və demokratiyaya doğru inkişafını təmin edə biləcək milli elitanın formalaşdırılmasına kömək etməkdir.
Əlaqə: Yaroslav Romançuk

Davranış Qərarları üzrə Mərkəz

Ermənistan

Davranış Qərarları üzrə Mərkəz, davranış ilə əlaqəli iqtisadi metodologiyadan istifadə edərək ən çətin qərarları icra etməkdə müştərilərə kömək edən araşdırma məsləhətxanasıdır.
Əlaqə: Aram Ğazaryan

EFI haqqında ətraflı məlumatı tapa bilərsiniz Ermənistan (erməni)

Gürcüstan İqtisadi Savadlılıq Təşəbbüsü

Gürcüstan
Gürcüstan İqtisadi Savadlılıq Təşəbbüsü (GEL-i) Gürcüstan cəmiyyətinin bütün qruplarında iqtisadi savadlılığı artırmaq üçün yaradılmış yeni qeyri-kommersiya təşkilatıdır. GEL-i peşə təhsili alan tələbələr və hüquq, politologiya və jurnalistika tələbələri arasında iqtisadi təhsilin təkmilləşdirilməsinə və iqtisadi biliklərin artırılmasına diqqət yetirir.
Əlaqə: Levan Pavlenişvili

EFI haqqında ətraflı məlumatı tapa bilərsiniz Gürcüstan (gürcü)

Riinvest Kolleci

Kosovo
Riinvest-in missiyası Kosovonun müasir iqtisadi inkişafını sahibkarlıq fəlsəfəsi əsasında təşviq etməkdir.
Əlaqə: Visar Vokrri

EFI haqqında ətraflı məlumatı tapa bilərsiniz Kosovo (alban)

Birləşmiş Krallıqda Qazaxıstan PhD Assosiasiyası

Qazaxıstan
Birləşmiş Krallıqdakı Qazaxıstan PhD Assosiasiyası (KPAUK) Böyük Britaniyada elmlər doktoru proqramı üzrə təhsil alan və ya təhsilini bitirmiş qazaxıstanlı elmlər doktoru tədqiqatçılarının qeyri-kommersiya fənlərarası təşkilatıdır. KPAUK Böyük Britaniya və Qazaxıstan alimlərinin qarşılıqlı əlaqəsini asanlaşdırmaq, Qazaxıstanın ehtiyaclarına diqqət yetirməklə innovasiya, elm və davamlı inkişaf sahəsində qabaqcıl təcrübənin tətbiqini təşviq etmək məqsədi daşıyır.
Əlaqə: Kuandık Tleujanulı

İctimai Siyasət və İdarəetmə İnstitutu

Qırğızıstan
İctimai Siyasət və İdarəetmə İnstitutu Mərkəzi Asiyada iqtisadi və sosial siyasətə yönəlik regional elmi-araşdırma mərkəzidir. Onun peşəkar təhsil proqramları sübuta əsaslanan tədqiqatdan istifadə etmək üçün hökumətlərin və vətəndaş cəmiyyətinin analitik potensialını artırmaq məqsədi daşıyır. IPPA, təcrid olunmuş kənd icmalarını qlobal icma ilə birləşdirən və müasir iqtisadiyyatlar və sabit idarəetmə üçün lazım olan insan kapitalını quran dünya səviyyəli bilik və tədris mərkəzi olan Mərkəzi Asiya Universitetinin bir hissəsidir.
Əlaqə: Kemel Toktomushev

Daşkənddə Vestminster Beynəlxalq Universiteti

Özbəkistan
Daşkənddə Vestminster Beynəlxalq Universiteti (WIUT) Özbəkistanda və Mərkəzi Asiyada Birləşmiş Krallıq kvalifikasiyaları ilə qərb ölkələrinə uyğun təhsil təklif edən ilk beynəlxalq universitetdir. WIUT-un missiyası Mərkəzi Asiya cəmiyyətinin, həmçinin qlobal cəmiyyətin intellektual, sosial və peşəkar inkişafına imkan yaradan təhsilin beynəlxalq standartlarını və araşdırma imkanlarını təmin etməkdir.
Əlaqə: Nargiza Əlimuxamedova

EFI haqqında ətraflı məlumatı tapa bilərsiniz Özbəkistan (özbək)

Bendukidze Azad Bazar Mərkəzi

Ukrayna
Bendukidze Azad Bazar Mərkəzi (BFMC), Ukraynada azad bazar ideyalarını təlqin etmək üçün Kaxa Bendukidzenin dostları və dəstəkçiləri tərəfindən 2015-ci ildə Ukraynada əsası qoyulmuş müstəqil elmi-araşdırma mərkəzidir. BFMC-nin məqsədi özəl təşəbbüsü, məsuliyyəti və hər kəs üçün eyni qaydaları təşviq edən siyasi tövsiyələr, araşdırma və təhsil proqramları vasitəsilə Ukraynanın iqtisadi potensialını üzə çıxarmaqdır.
Əlaqə: Nataliya Melnik