Məzmuna keçin
Əsas səhifə
Sağlam iqtisadi düşüncə
hər kəsin fərdi və milli rifah haqqında bilməli olduqları

Element 1.1

Təşviqlər insanların davranışına təsir edir

Əldə olunan fayda və çəkilən xərclərdəki dəyişikliklər insanların seçimlərinə təxmin oluna bilən qaydada təsir edir.

Bütün iqtisadiyyat bir sadə prinsip üzərində qurulub: Təşviqlərdəki dəyişikliklər insanların davranışlarına proqnozlaşdırılan qaydada təsir edir. Təşviqlərə həm pulla əlaqədar olan, həm də pulla əlaqəsi olmayan amillər təsir edir. Əgər bir şeyin xərci artarsa, insanların onu seçmək ehtimalı azalır. Müvafiq olaraq bir seçimdən əldə edilən fayda artırsa, insanların onu seçmə ehtimalı artır. Bəzən iqtisadiyyatın əsas postulatı da adlanan bu sadə fikir çox güclü bir alətdir, çünki bu demək olar ki, etdiyimiz hər bir işə aiddir.

Bir seçimin xərci artarsa, insanların bu seçimi etmək ehtimalı azalır. Bu fikirdən çıxan nəticələr barədə düşünək. Bir görüşə gecikdikdə, insanın dostunu ziyarət etməyə vaxt ayırmaq ehtimalı azalır. Soyuq və yağışlı bir gündə daha az insan açıq təbiətdə gəzintiyə çıxır. Daha yüksək qiymətlər, satılan məhsulun miqdarını azaldır. Məktəb tətilindən bir gün əvvəl məktəbdə dərslərdə davamiyyət normadan daha az olur. Hər bir hal eyni cür izah edilir: Bir seçimin xərci artdıqca, o daha az seçilir.

Oxşar məntiqlə bir seçimdən əldə edilən fayda artırsa, insanların onu seçmək ehtimalı artır. Küçədə gəzən bir insan yerdə pul görsə, onun əyilib dollar və ya avronu götürmək ehtimalı bir senti götürmək ehtimalından daha çoxdur. Bir dərsdə keçilən materialın imtahanda soruşulacağını bilsələr, tələbələr o dərsdə iştirak edəcək və daha diqqətlə dinləyəcəklər. Müştərilər aşağı qiymət, yüksək keyfiyyətli xidmət təklif edən və rahat yerdə yerləşən mağazalardan daha çox alış-veriş edəcəklər. Mükafatlandırılacaqlarını bilsələr, işçilər daha səylə və daha səmərəli işləyəcəklər. Bütün bu nəticələri proqnozlaşdırmaq mümkündür və onlar sadəcə iqtisadiyyatın "təşviqlər insanların davranışına təsir edir" postulatını əks etdirir.

Təşviqlərin gücü, müəllif Duayt Li
Əlavə Oxu • Endirmək üçün klikləyin (64KB)

This basic postulate explains how changes in market prices alter incentives in a manner that works to coordinate the actions of buyers and sellers. If buyers want to purchase more of an item than producers are willing (or able) to sell, its price will soon rise. As the price increases, sellers will be more willing to provide the item while buyers purchase less, until the higher price brings the amount demanded and the amount supplied into balance. At that point the price stabilizes.

Bu əsas postulat bazar qiymətlərindəki dəyişikliklərin təşviqləri necə dəyişdiyini və bununla alıcıların və satıcıların davranışlarını necə uzlaşdırdığını izah edir. Əgər alıcılar bir məhsuldan, istehsalçıların satmaq istədiyindən (və ya sata bildiyindən) daha çox almaq istəyirsə, qiymət qısa zaman ərzində artacaq. Qiymət artdıqca, satıcılar bu məhsuldan daha çox təmin edəcək, alıcılar isə daha az alacaq. Bu proses, artan qiymətin tələb olunan miqdar ilə təklif edilən miqdarı tarazlaşdırmasına qədər davam edəcək. Bu nöqtədə qiymət stabilləşir.

Bəs əks bir vəziyyətdə nə baş verəcək? Əgər satıcılar alıcıların almaq istədiyindən daha çox miqdarda məhsul satmaq istəsə, nə baş verəcək? Satıcılar cari qiymətlə məhsullarının hamısını sata bilməsə, bu məhsulun qiymətini endirməli olacaqlar. Öz növbəsində aşağı qiymət insanları bu məhsuldan daha çox almağa həvəsləndirəcək — lakin istehsalçıları da daha az istehsal etməyə sövq edəcək, çünki məhsulu daha aşağı yeni qiymətlə təmin etmək daha az cəlbedici olacaq. Yenə də qiymət dəyişikliyi istehlakçıların tələb etdiyi miqdarı tədarükçülərin istehsal etdiyi miqdarla tarazlaşdırır. Bu andan sonra qiymət dəyişikliyi üçün başqa səbəb qalmır.

Məsələn, pis hava şəraiti 2014-cü ilin yayında ABŞ-ın Corciya ştatında şaftalı qiymətlərinə təsir etdi və qiymətlər əvvəlki ilə nisbətən 180% artdı. Qiymətlərdəki böyük artıma baxmayaraq, istehlakçılar şikayət etmədi. Niyə? Yüksək qiymətlərlə şaftalı satın almaq daha bahalıya başa gəldiyi üçün istehlakçıların əksəriyyəti şaftalıları asanlıqla başqa meyvələrlə əvəz etdilər və qışlıq mürəbbələrini hazırlamaq üçün armud və ya heyvadan istifadə etdilər.

Bundan əlavə, alıcılar kimi, satıcılar da yüksək şaftalı qiymətlərinə reaksiya verdilər. Şaftalı təmin edən fermerlər yeni ağaclar əkdilər. Bir sıra fermerlər alma və armud bağlarındakı ağacları kəsib, əvəzinə şaftalı ağacları əkdilər. Nəhayət, iki il sonra (yeni əkilən ağaclar bar verəndə) təklif artdıqca, şaftalının qiyməti aşağı düşdü.

Təşviqlər siyasi seçimlərə də təsir edir. Səsvermə kabinəsində qərar verən bir insanın ticarət mərkəzində qərar verməsindən daha fərqli davranacağını düşünmək üçün bir səbəb yoxdur. Bir çox hallarda vətəndaşlar onlara ən çox şəxsi fayda (xərcləri çıxandan sonra) verəcəyinə inandıqları siyasətçiləri və siyasəti dəstəkləyirlər. Onlar alacaqları faydalarla müqayisədə onlar üçün xərcləri daha yüksək olan siyasi seçimlərə qarşı çıxmağa meylli olacaqlar. Məsələn, yaşlı vətəndaşlar dəfələrlə pensiya müavinətlərini azaldacaq olan namizədlərə və təkliflərə qarşı səs veriblər. Rusiyada 2018-ci ilin sentyabr ayında keçirilən qubernator seçkilərində Vahid Rusiya partiyasının zəif nəticə göstərməsinə səbəb olaraq pensiya müavinətlərinin azaldılmasına qarşı müqavimət göstərilir. Bənzər olaraq, sorğular göstərir ki, universitet tələbələri təhsil qrantlarını dəstəkləyirlər.

Təşviqlərin əhəmiyyətini nəzərə almamaq mümkün deyil. Onlar insan təbiətinin bir hissəsidir. Təşviqlər olduğu qədər də ən az eyni dərəcədə önəmlidir. Keçmiş Sovet İttifaqında, müəyyən bir dövrdə şüşə zavodlarının rəhbərləri və işçiləri istehsal etdikləri şüşə lövhələrinin çəkisinə görə mükafatlandırılırdılar. Onların gəlirləri şüşənin çəkisindən asılı olduğu üçün bir çox zavod şüşə lövhələrini elə qalın istehsal edirdi ki, bəzən şüşənin bir tərəfindən digər tərəfi görmək çətin olurdu. Nəticə olaraq qaydalar elə dəyişdirildi ki, rəhbərlərə mükafatlar istehsal edilən şüşə lövhələrin sahəsinə görə təyin edildi. Bu qaydalar isə Sovet şirkətlərinin istehsal etdiyi şüşələrinin çox incə olmağına və asanlıqla qırılmasına gətirib çıxardı. Eynilə, çox az dəri ilə təmin edilən Polşa ayaqqabı zavodları üçün ayaqqabı sayına görə kvotalar təyin edildikdə, bazarda uşaq ayaqqabılarının bolluğu qaçılmaz oldu.

Bəzi insanlar düşünür ki, təşviqlər ancaq insanlar acgöz və ya eqoist olduqda önəmlidir. Bu səhv fikirdir. İnsanlar bir çox səbəblərə görə hərəkət edirlər - bu səbəblər xudbinlik də ola bilər, xeyriyyəçilik də. İstər xudbin, istərsə də fədakar insanların seçimlərinə şəxsi xərc və faydalardakı dəyişikliklər təsir edəcək. Məsələn, həm xudbin, həm də fədakar insanlar Dettifoss şəlaləsinə yaxınlaşan sürətli axar çaydansa, dayaz üzgüçülük hovuzunda batan bir uşağı qurtarmağa daha meyllidir. Hər ikisi də ehtiyacı olan insanlara yeni paltarlarından daha çox köhnə paltarını vermək istəyər.

Heç kim mərhum Albaniyalı xeyriyyəçi Tereza Ananı acgözlüklə günahlandırmır, lakin onun şəxsi maraqları təşviqlərə reaksiya verməsinə səbəb olmuşdu. Tereza Ananın təşkilatı Xeyriyyəçi Missionerlər Cəmiyyəti Nyu York şəhərində evsizlər üçün sığınacaq açmaq istəyəndə şəhər rəhbərliyi binada əsaslı və bahalı dəyişikliklər tələb etdi. Təşkilat layihədən imtina etdi. Bu qərar Tereza Ananın yoxsullara kömək etmək iradəsini dəyişdirmədi. Bu sadəcə təşviqlərdə baş verən dəyişikliyi əks elətdirir. Nyu Yorkdakı kasıblara yardım xərcləri artanda Tereza Ana qərar verdi ki, onun resursları ilə başqa yerlərdə daha çox yaxşılıq etmək imkanı var. Təşviqlərdəki dəyişikliklər hamının, istər acgöz, öz qərarlarında materialist məqsədləri güdən, istərsə də mərhəmətli, xeyriyyəçi insanların seçimlərinə təsir edir.

Daha çox istəyirsiniz? Tam kitabı indi pulsuz endirin!

Bundan başqa, alban, erməni, gürcü, ingilis, rus, ukrayna, özbəkqırğız dillərində mövcuddur. Kitabın qazax dili tezliklə hazır olacaq.