EFI haqqında
İqtisadiyyata maraq oyatmaq və həvəsləndirmək məqsədilə əksər ölkələrdə bir çox insanın istedad, bacarıq və yaradıcılığını istifadə edən unikal layihə.


İqtisadiyyatın Əsasları Təşəbbüsünə cəlb olunmuş hər kəs karyerasının çox hissəsini regionda yaşayaraq və işləyərək keçirib. Biz iqtisadçılarıq. Biz müəllimlərik. Biz təhsil inzibatçıları, marketinq mütəxəssisi, redaktorlar və tərcüməçilərik. Hər birimiz bu regionun ölkələrinin üzləşdiyi qaçılmaz çətinliklərdən xəbərdarıq. Düşünürük ki, hər kəsin iqtisadiyyat anlayışını inkişaf etdirmək fərdlər, onların icmaları və geniş milli və regional sabitlik üçün faydalı ola bilər.
EFI və ölkə tərəfdaşlarımız universitet və orta məktəb müəllimləri, tələbələr və təhsil rəsmiləri ilə əlaqə yaradaraq, iqtisadi savadlılığın hər kəsin əlçatan olmasına çalışır. Artıq kitabın 10 dildə nəşri mövcuddur, biz daha çox Şərqi Avropa və Mərkəzi Asiya dillərini portfelimizə daxil etməyi planlaşdırırıq.
EFI tamamilə ianələr hesabına maliyyələşdirilir və yalnız bu regionda iqtisadi ədəbiyyatın uyğunlaşdırılması, tərcüməsi və yayımı üçün istifadə olunur. EFI ABŞ, Nyu-Cersi ştatında qeydiyyatdan keçmiş 501(c)(3) qeyri-kommersiya təşkilatıdır.










Kitab
"Sağlam iqtisadi düşüncə: hər kəsin fərdi və milli rifah haqqında bilməli olduqları" ilk dəfə 2005-ci ildə nəşr olunub və hazırda üçüncü buraxılışı dərc edilir. Akademik iqtisadçılar Ceyms D. Qvartni, Riçard L. Strup, Duayt R. Li, Tavni H. Ferrarini və Cosef P. Kalhun tərəfindən yazılmış "Sağlam iqtisadi düşüncə" bazar iqtisadiyyatının əsaslarına klassik girişdir. Kitabın məqsədi oxucularını iqtisadi prinsiplərin düzgün qavranışı əsasında məntiqli şəxsi və siyasi seçimlər etməyə yönləndirməkdir.
EFI Akademik Məşvərət Komitəsinin dəstəyi ilə kitab regionumuzdakı oxuculara uyğunlaşdırılmışdır. "Sağlam İqtisadi Düşüncə: Hər kəs şəxsi və milli tərəqqi haqqında nələri bilməlidir" kitabının bu nəşri alban, azərbaycan, erməni, gürcü, ingilis, qazax, qırğız, özbək, rus və ukrayna dillərində mövcuddur.
Elektron şəkildə mövcud olan kitaba əlavə oxu materialı və iqtisadiyyatın əsas konseptlərini real həyat kontekstlərində təqdim və izah edən 9 saatlıq alt-başlıqlı video kliplər daxildir. Çap olunmuş nüsxələri yerli tərəfdaşlarımız vasitəsilə əldə etmək olar.

Sağlam düşüncəli nəsil
Bölgədəki tələbələr, müəllimlər və daha geniş ictimaiyyətə bir fürsət təklif olunur. Onların gündəlik həyatlarına təsir edən əsas iqtisadi prinsipləri öyrənmək fürsəti. Bunları öz dillərində və heç bir maliyyə xərci olmadan öyrənmək fürsəti. İqtisadiyyat çoxlarını qorxudan bir sahədir, lakin iqtisadiyyatla üzləşən hər bir vətəndaş onun əsaslarını başa düşməlidir. EFI ingilis dilində danışanların asanlıqla əldə etdiyi, lakin indiyədək Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya dillərində demək olar ki, mövcud olmayan məzmun təklif edir.
Ölkə tərəfdaşlarımız tələbələr, gənc mütəxəssislər və iqtisadiyyatın onların gündəlik həyatına necə təsir etdiyi ilə maraqlanan hər kəs üçün maraqlı fəaliyyət proqramları hazırlayır. Onlar inşa müsabiqələri, video müsabiqələr, görüşlər və sinif ziyarətləri təşkil edirlər. Onlayn və oflayn olaraq hər kəsin Sağlam iqtisadi düşüncə öyrənmək şansı var!

Müəllim Tədris Ləvazimatları
Müəllimlər üçün alət, orta məktəbin sonuncu siniflərində və bakalavrın ilk ilində təhsil alan tələbələrə iqtisadiyyata girişin tədrisində pedaqoqları lazım olan hər şeylə təmin etmək məqsədilə iqtisadçılardan ibarət komandamız tərəfindən hazırlanmışdır. EFI “Sağlam İqtisadi Düşüncə” kitabının regional nəşrinə əsaslanan alətə təqdimatlar toplusu, istinad üçün təlimatlar və təcrübə ilə bağlı məsələlər daxildir. İlkin versiya artıq Gürcüstanın aparıcı dövlət liseylərindən birində istifadə olunmaqdadır. Təlimat nümunəsinə (yalnız ingilis dilində mövcuddur) nəzər salmaq, habelə ölkənizdəki tərcümə və yayım planları haqqında öyrənmək üçün ölkə üzrə tərəfdaşınızla əlaqə saxlayın.